Marketinq üzrə baş mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 30.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
  • Sosial Media Reklamlarının yaradılması və idarə edilməsi üzrə ciddi texniki biliklər
  • Rəqəmsal platformalarla iş təcrübəsi, analitik təhlilləri edə bilmək, hesabatlar hazırlamaq
  • Online marketing vasitələri haqqında dərin bilik və bacarıqların olması (Google Ads, Facebook Ads Manager, Google Analytics, Programmatic Ads və s.)
  • Ciddi təhlil və təqdimat hazırlama bacarığı. Excell biliyinin yaxşı səviyyədə olması
  • Marketinq və marketinq kommunikasiyaları barədə məlumatlı olması
  • Yaradıcı yanaşma, ünsiyyətcil olması və komanda idarə etmə bacarıqları
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (orta)

Marketinq üzrə baş mütəxəssis nə iş görür?

  • Komanda ilə müştərilərin əlaqəli işləməsinin təmini, işin gedişinə nəzarət
  • Müştərilərin istək və tələblərinin komanda arasında düzgün bölüşdürməsini təşkil etmə və icrasına nəzarət
  • Verilmiş tapşırıqların vaxtında icra edilməsinin (deadline) təmini
  • Post planlarının hazırlanma prosesinə nəzarət və müştəriyə göndərmədən əvvəl yoxlamaq
  • Planların hazırlanması prosesində yaxından iştirak, komandaya istiqamət vermə, müştəridən alınan brifin təkmilləşdirilib komandaya düzgün kommunikasiyası
  • Müştərilərin rəqiblərinin mütəmadi təhlili və təkliflərdə nəzərə alınması
  • Yeni trendləri izləmək, daim işin detalları barədə məlumatlı olmaq
  • Komandanın inkişafını nəzarətdə saxlamaq, təlimlər tapmaq
  • Reklamlara və reklam büdcələrinə nəzarət
  • Yeni markalar üçün araşdırma aparmaq, təkliflər hazırlamaq
  • Problemli situasiyalarda həll təklif etmək

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 10:00-19:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Marketinq üzrə baş mütəxəssis qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi