Büdcə və hesabatlıq üzrə mütəxəssis

  • CMS Properties
  • Elanın qoyulma tarixi: 30.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən illik büdcə prognozları hesabatlarını şöbə rəhbərləri və menecerləri ilə əməkdaşlıq edərək hazırlamaq;
  • Hesabatların hazırlanmasında ən son yenilikləri tətbiq etmək və büdcə planlamaları qərarlarını qəbul etmək üçün cari və keçmiş maliyyə məlumatlarını təhlil etmək;
  • Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq;
  • Büdcədə nəzərdə tutulan rəqəmlərlə müqayisədə faktiki maliyyə nəticələrinə nəzarət və fərqlərin müəyyənləşdirilməsi. Büdcə prognozları hesabatları ilə maliyyə hesabatları arasındakı fərqlər barədə rəhbərliyə izahlı məlumatların verilməsi;
  • Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti;
  • Büdcə prognozları hesabatlarının hazırlanaraq rəhbərliyə və departament rəhbərlərinə təqdim edilməsi və lazımi tövsiyələrin verilməsi;
  • Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə təkmilləşdirmələrin təklif edilməsi və həyata keçirilməsi;
  • Məlumat toplamaq və maliyyə məqsədləri ilə uyğunluğu təmin etmək üçün maliyyə, mühasibat uçotu və digər aidiyyatı struktur bölmələri ilə sıx əməkdaşlıq etmək

Tələblər:

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə 1-3 il
  • Güclü analitik bacarıqlar 
  • Excell bilikləri 
  • Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər
  • Komandalarla səmərəli işləmək bacarığı
  • Büdcə hesabatının dəqiqliyi təmin etmək üçün maliyyə sənədlərinin nəzərdən keçirilməsi və hazırlanması
  • Büdcə hesabatının hazırlanması zamanı digər tapşırıqların dəqiq və razılaşdırılmış müddətdə hazırlanması bacarığı

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: 1000 AZN Net

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində Büdcə və hesabatlıq üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

CMS Properties tərəfindən digər vakansiyalar