Sənədlərə nəzarət üzrə mütəxəssis

  • CMS Properties
  • Elanın qoyulma tarixi: 28.08.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏLƏR

  • 1C tətbiqində tələbnamələrin  qeydiyyatının aparılması, icrasının izlənilməsi və icra edilməmiş tələbnamələr barədə həftəlik hesabatların hazırlanması;
  • Alış sənədlərinin müvafiq Prosedurlara uyğun şəkildə qəbulu və  yoxlanması və uyğunsuzluqlarla bağlı müvafiq təşkilatlarla əlaqə saxlanması;
  • Daxil olan elektron-qaimə fakturaların araşdırılması;
  • 1C tətbiqində sənədlərin reyestrinin icra edilməsi
  • Alış sənədlərin skanlarının 1C tətbiqində reyestra daxil edilməsi;
  • Alış sənədlərinin direktorun imzasına təqdim edilməsi;
  • Sənədlərin (məktublar, prossedurlar, müqavilələr, maliyyə sənədləri və s.) arxivləşdirilməsi;
  • Müxtəlif təyinatları sənədlər üçün müvafiq reyestrlərin qurulması və aparılması.
  • 1C tətbiqində müqavilələrin qeydiyyatının aparılması və şirkətlərin rekzivitlərinin 1C tətbiqinə daxil edilməsi;
  • Aylıq şirkət maşınları ilə bağlı hesabatın hazırlanması;
  • Əmlak sığortalarına və qiymətləndirilməsinə nəzarət;

TƏLƏBLƏR

  • Xanım namizəd tələb olunur
  • Ali təhsil 
  • Minimum 2 il iş təcrübəsi
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
  • Dəqiqlik, məsuliyyətlilik, sistemlilik

İŞ ŞƏRAİTİ

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Əmək haqqı: 1000 AZN NET

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərə bilərlər.

CMS Properties tərəfindən digər vakansiyalar