Zəmanət üzrə mütəxəssis (Jaguar Land Rover brendi üzrə)

İşin təsviri

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə olan tələblər:

  • Avtomobil sahəsində iş təcrübəsi ;
  • Ali təhsil;
  • Rus-dili biliyi ;
  • İngilis-dili biliyi;

Vəzifə öhdəlikləri: 

  • 24-48 saat ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
  • Geri qaytarılan tələbnamələrin 5 gün ərzində yenidən sistemə daxil edilməsi üçün lazimi məlumatlar toplamaq və düzəlişlər etmək;
  • Daima ödənişlərə nəzarət etmək;
  • Zəmanətlə dəyişilən ehtiyat hissəsi istehsalçı zavod tərəfindən yoxlanış məqsədilə geri istənilərsə tez bir zamanda həmin ehtiyat hissəsini qeyd olunan ünvana göndərmək;
  • Daima ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamaq;
  • Proseslərin daima inkişafı üçün lazimi imkanları müəyyən etmək və dəstəkləmək;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək, çətinlik yaranarsa rəhbərliyi məlumatlandırmaq;
  • İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini əla bilmək;
  • İstehsalçının zəmanət şöbəsi ilə mütəmadi əlaqədə olmaraq zəmanət təmirlərinə qərar vermək;
  • Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
  • Bütün zəmanət iş kartlarına nəzarət etmək.zəmanət işlərinin yerinə yetirilməsi üçün lazımi ehtiyyat hissələrinin sifarişini və vaxtında gəlişini nəzarət altında saxlamaq,zəmanət təmirlərinin gedişinə nəzarət etmək;
  • Zəmanət sənədlərinin düzgün tərtib olunmasını,doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosessin düzgün gedişinə nəzarət etmək;
  • İstehsalçının tələblərinə əsasən zəmanət anbarını saxlamaq;
  • Zəmanət məslələri üzrə müştərilərə məlumat vermək;
  • Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
  • Müştəri siyahısında olan avtomobilləri mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
  • Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək;
  • Xidmət mərkəzi rəhbərinə məruzə etmək.

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.