Tikinti Anbardarı (Şirvan layihəsi)

  • Amal Group
  • Elanın qoyulma tarixi: 27.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədin vəzifə öhdəlikləri:

  • Yanar mal-materialın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, tərəzidə çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması.
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl araba və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması.
  • Mal-materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinin yerinə yetirilməsi.
  • İstifadəçilərin sifarişlərinə görə materialların dəstlə komplektləşdirilməsi,
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması.
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
  • Təlimatları birbaşa rəhbərindən alır və işlərin daha səmərəli şəkildə planlaşdırılmasına kömək edir;
  • Mövcud alət və avadanlıqları yoxlayır və hazırlayır;
  • Malları qəbul edən zaman müəssisənin siyasətinə uyğun olaraq təmizlik və intizama riayət edir;
  • Düzgün texniki üsullar və avadanlıqlardan istifadə etməklə qablaşdırılmış malları təlimatlara uyğun olaraq çıxarır və yığışdırır;
  • Daxil olan ehtiyatları çatdırılma sənədlərinə əsasən yoxlayır və onların düzgün olmasını birbaşa rəhbəri ilə təsdiq edir;
  • Qəbul edilmiş malların keyfiyyətini, son istifadə tarixini, zədə və ya uyğunsuzluqları tələb olunduğu halda yoxlayır və bu barədə birbaşa rəhbərinə məlumat verir;
  • Çatdıralacaq məhsul və ya bağlamaları zədələmədən çevik və təhlükəsiz şəkildə saxlama ərazisinə daşınmasını təmin edir.

İş qrafiki:

  • Bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Şirvan şəhəri
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Şirvan layihəsi üzrə Tikinti Anbardarı” adını qeyd edərək göndərmələri xahiş olunur.