Şəbəkə üzrə mühəndis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 27.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələlərin koordinasiya edilməsi;
  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edilməsi;
  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkil edilməsi;
  • Şəbəkə yükü və trafik optimizasiyasının təhlil edilməsi və təkliflərin verilməsi;
  • Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi;
  • Şəbəkə sistemləri üzrə yenilikləri yoxlamaq və yenilənmə üzrə planın tərtib edilməsi;
  • Sistemlərdə baş verəbiləcək problem və dayanmaların prosedurlara əsasən araşdırılması və həll edilməsi;
  • Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işlərin icra edilməsi;
  • Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparılması;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak edilməsi.

Tələblər:

  • Ali təhsil (Texniki təhsil arzu olunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər;
  • Sistemlər və şəbəkə proqramları, hardware və şəbəkə protokolları haqqında biliklər;
  • Təşkilatçılıq, liderlik və idarəetmə bacarıqları;
  • Müstəqil işləyərkən tez qərar qəbul etmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: I-V günləri.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi