Onlayn Satış Meneceri

  • Turban Moda
  • Elanın qoyulma tarixi: 26.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: 

  • Onlayn Satış Meneceri olaraq, siz onlayn satış platformalarımızın idarə edilməsində və optimallaşdırılmasında, fasiləsiz əməliyyatların təmin edilməsində, yeni müştərilərin cəlb olunması prosesinin yaxşılaşdırılmasında və elektron ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayacaqsınız. Siz bizim rəsmi internet saytımızın saxlanmasına, sosial mediada ünsiyyətə nəzarət etməyə və gələcəkdə onlayn satış peşəkarlarından ibarət komandaya rəhbərlik etməyə cavabdeh olacaqsınız.

Əsas Məsuliyyətlər:

  • Rəsmi İnternet səhifəsinin idarə edilməsi:
  1. İstifadəyə asan və müasir onlayn alış-veriş təcrübəsini təmin etmək üçün rəsmi internet səhifəsini formalaşdırmaq və mütəmadi olaraq yeniləmək.
  2. SEO və yeni istifadəçi cəlb edilməsi üçün internet səhifəsinin məzmununu, məhsul siyahılarını və təsvirlərini optimallaşdırmaq.
  3. İnternet səhifəsinin işinə nəzarət etmək, texniki problemləri həlli və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin etmək.
  • Sosial Media ilə Kommunikasiya:
  1. Facebook, Instagram, Twitter və LinkedIn kimi platformalarda müştərilərlə əlaqə yaratmaq üçün sosial media strategiyasını hazırlamaq və həyata keçirmək.
  2. Pozitiv onlayn brend imicini gücləndirərək, müştəri sorğularına və şərhlərinə dərhal cavab vermək.
  3. Brendin məhsullarını və təkliflərini tanıtmaq üçün müntəzəm olaraq sosial media postlarını, müxtəlif kampaniyaların yaradılması və planlaşdırılmasını təmin etmək.
  • Elektron ticarət platformaları:
  1. Şirkətin onlayn imkanlarını genişləndirmək üçün müxtəlif e-ticarət platformalarını təhlil edib, lazım olduqda həmin platformaya qoşulmanı və orada yaranan prosesləri idarə etmək.
  2. Bu platformalarda məhsul siyahılarını, qiymətləri və promosyonları / kampaniyaları optimallaşdırmaq.
  3. Müştəri məmnuniyyətini artırmaq məqsədilə, müştəri rəylərini izləmək və mövcud narahatlıqları aradan qaldırmaq üçün bütün lazımı tədbirləri həyata keçirmək.
  • Onlayn Satış Qrupu:
  1. Satış hədəflərinə nail olmaq və müştəri məmnuniyyətini qorumaq məqsədilə gələcəkdə onlayn satış peşəkarlarından ibarət komandanın toplanması, təlimi və rəhbərlik etmək.
  2. Komanda üzvlərinə dəstək və mütəmadi olaraq performans qiymətləndirmələrini təmin etmək.
  3. Onlayn satış komandasında əməkdaşlıq mədəniyyətini və davamlı təkmilləşdirməni təşviq etmək.
  • Məlumatların Təhlili və Hesabatı:
  1. Trendləri, müştəri seçimlərini və təkmilləşdirmə imkanlarını müəyyən etmək üçün onlayn satış məlumatlarını təhlil etmək.
  2. Onlayn satış performansı, gəlir və müştəri rəyləri haqqında müntəzəm hesabatlar hazırlamaq.
  3. Verilən məlumatlara əsaslanaraq onlayn satışları artırmaq üçün strategiyalar və təşəbbüslər təqdim etmək.

Tələblər:

  • Marketinq, biznes və ya əlaqəli sahədə bakalavr dərəcəsi (və ya ekvivalent iş təcrübəsi).
  • Pərakəndə satış şirkəti üçün onlayn satış və e-ticarət platformalarının və sosial medianın idarə edilməsində min. 1 il təcrübə.
  • SEO, onlayn marketinq və e-ticarət tendensiyaları haqqında biliklər.
  • Əla ünsiyyət bacarıqları, həm yazılı, həm də şifahi.
  • Rus dili biliyi
  • Müxtəlifnöv məlumatların təhlili alətləri və o cümlədən Microsoft Office üzrə bacarıqlar.
  • Liderlik və komanda idarəetmə bacarıqları.
  • Eyni zamanda müxtəlif tapşırıqları verilən vaxt ərzində yerinə yetirə bilməli

Üstünlüklər:

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan bonuslar.
  • Karyera artımı və inkişafı üçün fürsət.
  • Dinamik və əhatəli iş mühiti.

Müraciət üçün Online satış meneceri yazaraq CV-lərinizi göndərə bilərsiniz.

Əlaqə:0707030439 vp