Aparıcı mühasib

  • General Supply
  • Elanın qoyulma tarixi: 26.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirmək və icra etmək
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Gəlir və xərclərin hesablanması;
  • Banklarla və digər orqanlarla hesablaşmalar; 
  • Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
  • Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
  • Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
  • İdxal olunmuş malların maya dəyərinin hesablanması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
  • Sərbəst olaraq Vergi hesabatlarının hazırlanması;
  • ƏDV, ÖMV, Əmlak  bəyannamələri BTP proqramı ilə verilməsi;
  • Kargüzarlıq sistemi üzrə ərizələr yazılması, məktubların cavablandırılması;
  • Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
  • Statistika hesabatlarının hazırlanması;

Namizədə qarşı tələblər:

  • Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
  • Kompüter bilikləri: Microsoft office Excel əla səviyyədə; 
  • 1C Mühasibat Proqramını sərbəst şəkildə bilmək;  (1C 8.3 versiyası ilə  işləmə)
  • Vergi Məcəlləsi üzrə biliklər;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 -18:00
  • Tibbi sığorta
  • Əməkhaqqı: 1200-1400 AZN .

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  “Aparıcı mühasib” başlığı ilə göndərə bilərlər.