Promoter

İşin təsviri

Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Beauty konsultant axtarırıq. Gülərüz, daim baxımlı və pozitiv enerji ilə aşıb-daşan, özgüvəni yüksək olan birisənsə, onda bizə lazım olan şəxs məhz sənsən!

  • Gözəllik sahəsində özünü görürsənsə;
  • İnsanlarla ünsiyyət qurmağı bacarırsansa;
  • Faydalı məsləhətlər vermək və gözəllik sirrlərini aşılamağı arzulayırsansa;
  • Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə, onda sən bizim axtardığımız beauty konsultantsan!

Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
  • 6 iş günü, 1 gün istirahət (növbəli iş qrafiki);
  • Şirkət daxili ödənişsiz təlimlər;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (sən mentor, müavin, müdir ola bilərsən)!

Biz səndən nə gözləyirik:

  • Satış etmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
  • Rus dili biliyi üstünlükdür!

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə vakansiyaya müraciət edə bilərsən!

Qeyd: İş yeri hipper marketlər daxili olacaq.

İşəgötürənin reytinqi