Mühəndislik üzrə Menecer

İşin təsviri

İşin təsviri:

  • Bütün texniki personala öz vəzifələrini icra edərkən ciddi şəkildə nəzarət etmək, təyin olunmuş işləri başa çatdırmaq üçün tələb olunan müddətləri yoxlamaq və zəruri olduqda vəzifə və öhdəliklər həvalə etmək.
  • Otel, o cümlədən mətbəx və camaşırxanada bütün avadanlıqlar üçün hərtərəfli texniki-profilaktik proqram hazırlamaq və həyata keçirmək.
  • Xüsusi layihələri və kənar podratçıların işə cəlb edilməsini koordinasiya etmək, tələb edildikə onlara nəzarət etmək.
  • Yaxşı təşkil edilmiş texniki anbar qurmaq və inventara ciddi şəkildə nəzarət etmək.
  • Liftlər üzrə hərtərəfli fövqəladə hallar proseduru tətbiq etmək və liftlərin istehsalçı firması ilə birlikdə fövqəladə xilasetmə prosedurları üzrə işçilərə təlim keçmək.
  • Ən azı ayda iki dəfə təhlükəsizlik sisteminin nöqsanlı və ya qeyri-qənaətbəxş xüsusiyyətlərinə xüsusi diqqət yetirməklə bütün binanı təftiş etmək və bütün işlədilən avadanlıqların vəziyyətini ciddi şəkildə yoxlamaq. Girişi çətin olan sahələrə xüsusi diqqət yetirilməlidir.
  • Fövqəladə hallarda reaksiya planının hazırlanması və həyata keçirilməsi, bütün təhlükəsizlik və mühafizə sistemlərinin fəaliyyəti və texniki təminatı üçün Təhlükəsizlik şöbəsinin rəhbəri ilə sıx əməkdaşlıq çərçivəsində çalışmaq.
  • Baş Meneceri fəaliyyətlə bağlı potensial təkmilləşmələr barədə məlumatlandırmaq.
  • Ehtiyat hissələr və istehlak materiallarının ən qənaətli şəkildə satın alınması üçün Təchizat şöbəsi ilə birlikdə çalışmaq və hər avadanlıq üçün aydın və qısa satınalma sorğuları tərtib etmək.
  • Bütün kommunal xidmətlərin istifadəsinə ciddi şəkildə nəzarət və müşahidə etmək, oteldə bütün şöbələr tərəfindən optimal enerjinin istifadəsini təmin etmək, Baş Meneceri azaldıla/aradan qaldırıla biləcək kommunal tullantı sahələrindən xəbərdar etmək.

Namizədə olan tələblər:

  • Mühəndislik üzrə Menecer vəzifəsi üzrə minimum 2 il təcrübə;
  • Otel təcrübəsi üstünlükdür;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Engineering Manager” qeyd edərək CV-lərini elektron ünvanına 24.11.2023-cü il tarixədək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.