İR BP üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifənin məqsədi:

Biznes və İR funksional bölmələri arasında interfeys kimi fəaliyyət göstərmək və təşkilatın kadr strategiyasının onun biznes strategiyasına uyğun olmasını təmin etmək.

Vəzifə öhdəlikləri:

  • İR üzrə proqramları, prosedurları və xidmətləri həyata keçirmək üçün funksional bölmə rəhbərləri ilə əməkdaşlıq etmək;
  • İşçi qüvvəsinin planlaşdırılması və büdcəsinin hazırlanması və nəzarətini təmin etmək;
  • İşə qəbul və yeni işçilərin inteqrasiyası, fəaliyyət effektivliyinin idarə edilməsi, karyera məsələləri ilə əlaqədar məsləhətləşmə, işçilərin yerdəyişməsi və digər İR üzrə proseslər, siyasətlər və prosedurlar, o cümlədən, lakin qeyd edilənlər ilə məhdudlaşmadan, İR prosesləri portfelini həyata keçirmək və müvafiq hallarda məsləhətlər vermək;
  • İşə qəbul zamanı namizədlərin rəhbərlərlə müsahibə prosesi və uyğun namizədin seçilməsində iştirak etmək, seçilmiş namizədlə bağlı əmək haqqının müəyyənləşdirilməsi və iş təklifi məktubunun namizədə təqdimi və təsdiqini təmin etmək;
  • Funksional bölmə rəhbərləri ilə mütəmadi görüşləri keçirmək, aylıq və ya rüblük təqdimatları təqdim etmək;
  • Funksional bölmə işçiləri ilə mütəmadi görüşləri keçirmək;
  • Funksional bölmələrin iş təsviri formalarının yaradılmasına nəzarət etmək;
  • Performans və istedadların idarə edilməsi proseslərini həyata keçirmək; 
  • Funksional bölmə işçilərinin karyera planlaşdırması və idarə olunmasına dəstək vermək.
  • İR üzrə yeni proyektləri həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sosial elmlər və psixologiya, İnsan resurslarının idarə edilməsi, biznesin idarə olunması, sosiologiya və s.);
  • İnsan Resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
  • İşə qəbul və işçilərin inteqrasiyası üzrə ən azı 1 il müvafiq iş təcrübəsi;
  • İR Biznes Tərəfdaş kimi iş təcrübəsi arzuolunandır;
  • SHRM/CIPD sertifikatları arzuolunandır;
  • İR biznes əməkdaşlığı modeli, fəaliyyət effektivliyinin idarə edilməsi, kadrların kvalifikasiyasının artırılması və mükafatlandırma sistemi üzrə ümumi anlayışa malik olmaq;
  • Microsoft office proqramlarında işləmək bacarığı;
  • SAP sistemində kadr idarəetmə modulu (SAP HCM) və SAP sistemində müvəffəqiyyət amili modulu (SAP SF) ilə işləmək bacarığı arzuolunandır;
  • Azərbaycan və ingilis dillərində səlis yazmaq və danışmaq bacarığı;
  • Mükəmməl analitik, şəxsiyyətlərarası bacarıqlar, danışıqlar aparmaq və mübahisələrin həlli üzrə bacarıqlar;
  • İşləri vaxtında çatdırmaq bacarığı və iş vaxtını idarə etmək qabiliyyəti.

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “İR BP üzrə aparıcı mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 03.11.2023

İşəgötürənin reytinqi