Əsas vəsaitlər üzrə Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin əsas vəsaitlərinin və inventarlarını uçotunun təşkili və hərəkətinə nəzarət etmək;
  • Əsas vəsaitləri 1C proqramında uçota almaq;
  • Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyasını həyata keçirmək;
  • CAPEX-lərin (Kapital qoyuluşları) nəzarəti və düzgün uçota alınmasını həyata keçirmək;
  • Əsas vəsaitlərin sənədləşdirilməsinə nəzarət etmək;
  • Amortizasiyaları hesablamaq;
  • Təmir xərcini qanunvericiliyin normalarına uyğun hesablamaq;
  • Daxili və kənar auditlə qarşılıqlı işin qurulmasında iştirak etmək.

Tələblər:

  • Maliyyə, mühasibat uçotu ixtisası üzrə Ali təhsilin olması;
  • Mühasib olaraq minimum 3 illik iş təcrübəsi;
  • Analitik təhlil qabiliyyəti;
  • Əsas vəsaitlər üzrə Vergi Məcəlləsi, NK Qərarları və.s müvafiq bilikləri;
  • ACCA və ya DipIFR olması müsbətdir;
  • MS Office, MS outlook, 1C (7/7, 8/2), taxes.gov.az təcrübəsi.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə CVlərinizi mövzu hissəsində “Əsas vəsaitlər üzrə Mühasib” qeyd etməklə mail ünvanına göndərə bilərsiniz.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar