ERP üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatında prosesleri və metodologiyaları anlamaq;
  • Proqram təminatında yaranan xətaları toplamaq və proqramçıya məlumat vermək;
  • Proqram təminatının yeni modulları hazırlamaq sonra test etmək;
  • Proqram təminatı ilə əlaqəli sorğuları cavablamaq;
  • Proqram təminatının, inkişafının və prosseslərinin optimallaşdırılmasını təmin etmək;
  • Proqram təminatının yeni modulları hazırlandıqdan sonra test etmək.

Tələblər:

  • İnformasiya texnologiyaları sahəsində ali təhsil (bu sahədə sertifikatı olanlara üstünlük veriləcək);
  • Proqramlaşdırmadan ilkin anlayışlar;
  • Web proqramlaşdırma (ASP. NET, HTML, CSS və. s) haqqında ilkin anlayışlar;
  • MS SQL (T-SQL) haqqında ilkin anlayışlar;
  • Servislərin iş prinsipi ilə tanışlıq;
  • Alqoritm bilikləri;
  • İngilis dilini texniki səviyyədə bilmək, rus dilini bilmək üstünlükdür.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə CVlərinizi mövzu hissəsində “ERP üzrə Mütəxəssis” qeyd etməklə mail ünvanına göndərə bilərsiniz.