İstehsalat Direktoru (Ayaqqabı sahəsi)

  • Bafco İnvest
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Bütün istehsalı prosesinin səmərəli işləməsini təmin etmək
  • Keyfiyyət standartlarının yerinə yetirilməsini təmin etmək üçün müxtəlif istehsal şöbələrinin işini əlaqələndirilmək
  • Desma avadanlıqlarının işinə nəzarət
  • Məhsulların təkmilləşdirilməsi üçün yeni texnologiyaların və istehsal üsullarının tətbiq etmək
  • İstehsalatın bütün detallarının öyrənilməsi, hazır məhsulun təhvil verilməsi prosesində birbaşa iştirak
  • İstehsal büdcələrini idarə etmək, material və avadanlıqların maya dəyərinə nəzarət olunması
  • Təhlükəsizlik və keyfiyyət standartlarının təmin etmək
  • İşçilər tərəfindən istehsalat intizamına, daxili əmək qaydalarına riayət olunmasına nəzarət və onların peşəkar inkişafının stimullaşdırılması
  • Bütün istehsal prosesi üçün məsuliyyət daşıması
  • Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi

Tələblər:

  • İstehsalat mühitində rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi
  • Desma istehsal prosesləri və avadanlıqları haqqında biliklər
  • İstehsal proseslərini optimallaşdırmaq və məhsulun keyfiyyətini artırmaq bacarığı
  • İstehsalat, mühəndislik və ya əlaqəli sahələrdə texniki təhsil
  • Dil biliyi : Azərbaycan, İngilis, Rus/ Türk ( arzuolunan)

Şirkət tərəfindən:

  • Nahar: şirkət tərəfindən verilir
  • Rabitə xərcləri
  • Təlimlər
  • İş yeri: Ağdam Sənaye Parkı

CV-lərinizi “ İstehsalat Direktoru ” başlığı ilə yönləndirə bilərsiniz.