Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi

  • Azericard
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
  • Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
  • Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
  • İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
  • Dəyişikliyin idarə olunması prosesində iştirak;
  • Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
  • Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
  • Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
  • Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
  • İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət, İT risklərinin idarə edilməsi və ya İT təhlükəsizlik üzrə ən azı 2 il iş təcrübəsi;
  • Rus və İnglis dillərin bilməsi;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər; 
  • Kompüter və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servislərini anlamaq;
  • Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər; 
  • İT risk, audit və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.

Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi” mövzusu ilə göndərmək xahiş olunur. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi