Software Tester (Proqram təminatı üzrə testçi)

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 18.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Proqram təminatı tələblərinin nəzərdən keçirilməsi və sınaq ssenarilərinin hazırlanması;
  • Dizaynın nəzərdən keçirilməsində iştirak etmək və tələblər, məhsul dizaynı və potensial problemlər haqqında qeydlərin verilməsi;
  • Layihə çərçivəsini anlamaq üçün sistem istifadəçiləri ilə görüşlərin keçirilməsi;
  • Proqram təminatı tərtibatçıları və layihəyə dəstək qrupları ilə işlənilməsi;
  • Biznes tələblərinin müəyyən edilməsi;
  • Sənədlərin nəzərdən keçirilməsi;
  • Layihənin sınaq işinin planlaşdırılması;
  • Stress testi, performans testi, funksional test və miqyaslılıq testinin həyata keçirilməsi;
  • Test skriptlərinin yazılması və icra edilməsi;
  • Əl ilə və avtomatlaşdırılmış testləri həyata keçirilməsi;
  • Veb və mobil daxil olmaqla müxtəlif mühitlərdə sınaqlar keçirilməsi;
  • Aşkarlanan nöqsanların hesabatlarının yazılması;
  • Kodu qiymətləndirilməsi;
  • Departament və layihənin son tarixlərinə uyğun işlənilməsi;
  • Proqram təminatının hazırlanması üzrə layihə qruplarına obyektiv rəy təqdim edilməsi;
  • Problemlərin aradan qaldırılması və problemin həlli;
  • Riski azaltmaq üçün testlərin dizayn edilməsi;
  • Tapıntıları proqram təminatının hazırlanması və biznes istifadəçi qruplarına təqdim edilməsi;
  • Eyni vaxtda bir neçə layihə üzərində işlənilməsi;
  • Nəticələrin texniki və qeyri-texniki həmkarlara çatdırılması.

Vəzifə üzrə tələblər:

  • Kompüter Elmləri və ya əlaqəli sahələrdə magistr və ya bakalavr dərəcəsi;
  • Proqram təminatının test dizaynı və sınaq metodologiyaları haqqında müasir biliklər;
  • Test texnikaları üzrə praktiki bilikləri;
  • Proqramlaşdırma üzrə praktiki bilikləri;
  • Problem həll etmə bacarığı;
  • Əla ünsiyyət və tənqidi düşünmə bacarığı;
  • Yaxşı təşkilatçılıq bacarığı və detala yönümlü düşüncə tərzi;
  • Müvafiq sahələrdə ən azı 2 il təcrübəsi.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Poçt Daşıma Mərkəzi, Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə (28 may metrosu yaxınlığı).

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Software tester” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi