İşin təsviri
Öhdəliklər:
- Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması.
- Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması
- Verilən sifarişlər əsasında mal - materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
- Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
- Alınan mal - materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
- Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
- Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
Əmək haqqı: qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel sahəsi üzrə Təchizat mütəxəssisi" adını qeyd edərək elektronünvanına göndərmələri xahiş olunur.