Xidmətçi

İşin təsviri

Əsas öhdəliklər:

  • Hər zaman eksklüziv qonaq xidmətləri göstərmək.
  • Daxili müştərilərə mükəmməl xidmətlər göstərmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək; qonaqların şikayətlərini operativ şəkildə qrup rəhbərinə / nəzarətçilərinə /Təmizlik şöbəsinin menecerinin müavininə çatdırmaq.
  • Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Təmizlik vasitələrinin istifadəsi üçün təmizlik prosedurası və təlimatına riayət etmək
  • Otaqlardakı nöqsanlar haqqında xəbər vermək.
  • İtmiş və zədələnmiş əşyalar haqqında xəbər vermək.
  • Qonaq otaqlarını təmizləmək və bəzəmək.
  • Yatağı təmizləmək və düzəltmək, yataq dəstlərini dəyişmək
  • Vanna otağı və tualeti təmizləmək və qaydaya salmaq.
  • Bütün otağı tozsoranla təmizləmək və zibil qablarını boşaltmaq
  • Bütün mebel, şəkil, siyirmə, pəncərə çərçivələri və rəflərin tozunu təmizləmək
  • Qonaq otağında rahatlığı, yataq dəstini və digər təchizatı təmin etmək.
  • Dəhlizlər və ətrafda yerləşən xidməti otaqların təmizliyini təmin etmək.
  • Əl arabasını təmizləmək və qablaşdırmaq.
  • Əməliyyat avadanlıqlarını yoxlamaq və təmizləmək.
  • Otaqları gecə (yatmaq) üçün qaydaya salmaq.
  • Lost & Found (İtmiş və tapılmış əşyalar) proseduralarına riayət etmək.
  • DND (narahat etməyin) prosedurasına riayət etmək.
  • Lazım gələrsə qonaqların əşyalarını çatdırmaq.

Digər Öhdəliklər:

  • Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
  • Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
  • Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
  • Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
  • Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
  • Rəqib otellərin və digər təşkilatların müvafiq nümayəndələri ilə qurulmuş güclü, işgüzar əlaqələri qoruyub saxlamaq.
  • Texniki funksiyalarla əlaqədar sektor, şirkət və otel tərəfindən müəyyən edilmiş dəyişikliklərə reaksiya vermək.
  • İşçilər üçün hazırlanmış məlumat kitabçasını oxumaq, və otelin qayda və prosedurları, xüsusilə də yanğın, gigiyena, səhiyyə və təhlükəsizliklə əlaqədar siyasətləri və prosedurları haqqında tam anlayışa malik olmaq və onlara əməl etmək.

 

İş yeri: Pik Palace, Park Chalet və Bilgah Beach, Şahdağ 

Telefon: +994 51 201 4994 

Bilgah Beach Hotel tərəfindən digər vakansiyalar