Qonaq qəbulu üzrə agent

İşin təsviri

Əsas öhdəliklər:

  • Qonaqları qarşılamaq, otaqları müəyyən etmək, açarları təqdim etmək, qonaqların ödənişlərini və ödəniş haqqında məlumatları toplamaq. 
  • Qonaqların müraciətlərinə cavab vermək və onların tələblərini qarşılamaq üçün Təsərrüfat, Mühəndislik və s. koordinasiya etmək.
  • Onlar qonaqları hotelin təqdim etdiyi xidmətlərdən istifadə etmək imkanı ilə təmin edir, otağa edilən yemək sifarişlərini yönləndirir, məktub, faks və bağlamaların vaxtında çatdırılmasını təmin edir. 
  • Qonaqlara nəqliyyat, restoran və ya əyləncə rezervasiyaları ilə yardım etmək və digər məlumatları təqdim etmək.
  • Qonaqların hoteli tərk etdiyi zaman onların yekun fakturasını hesablamaq və ödənişləri toplamaq.
  • Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
  • Müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmətlər göstərmək.
  • Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. 
  • Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq.
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq.
  • Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək.
  • Otaqların açarlarına ciddi nəzarəti təmin etmək.
  • Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək .
  • İstehlak auditinin nəticələrinə cavab vermək və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək.
  • Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq.
  • İtən və tapılan əşyalar haqqında xəbər vermək.
  • Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək.
  • İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq.
  • Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək.
  • Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı otelin, şirkətin, habelə yerli qaydada müəyyən edilmiş qaydalar, siyasətlər və prosedurlara riayət olunduğunu təmin etmək.

Texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə öhdəliklər:

  • Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
  • Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.

Digər Öhdəliklər:

  • Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
  • Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
  • Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
  • Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
  • Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
  • Rəqib otellərin və digər təşkilatların müvafiq nümayəndələri ilə qurulmuş güclü, işgüzar əlaqələri qoruyub saxlamaq.
  • Texniki funksiyalarla əlaqədar sektor, şirkət və otel tərəfindən müəyyən edilmiş dəyişikliklərə reaksiya vermək.
  • İşçilər üçün hazırlanmış məlumat kitabçasını oxumaq, və otelin qayda və prosedurları, xüsusilə də yanğın, gigiyena, səhiyyə və təhlükəsizliklə əlaqədar siyasətləri və prosedurları haqqında tam anlayışa malik olmaq və onlara əməl etmək.

 

İş yeri: Pik Palace, Park Chalet və Bilgah Beach, Şahdağ

Telefon: +994 51 201 4994 

Bilgah Beach Hotel tərəfindən digər vakansiyalar