Kadr kargüzarlığı üzrə Mütəxəssis

İşin təsviri

İş şəraiti:

  • Tam sosial təminat (məzuniyyət və s.)                                                                                   
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

  • Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın “Əmas və Məşğulluq” altsisteminə (ƏMAS) elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
  • Şirkətin insan resursları ilə bağlı bütün əməliyyat və sənədləşmə proseslərini idarə etmək və nəzarət etmək;
  • Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsi, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, başqa işə keçirmə, başqa işçinin əmək funksiyasının icrası, işçinin işdən kənar edilməsi, mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və əmək şəraiti şərtlərinin (əlavələrin) dəyişdirilməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
  • Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətli əmək müqaviləsinə xitam verilməsi və yaxud müddətinin uzadılması, tərəflərdən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsi və əmək müqaviləsinə  (işçilərin ixtisarı) xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təşkil və təmin etmək;

Tələblər:

  • Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi; 
  • Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • MS Word, MS Excel, MS PowerPoint, MS Outlook proqramlarında sərbəst iş qabiliyyəti;
  • Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti;
  • Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
  • Vaxtın səmərəli idarə olunması , innovativlik və yaradıcılıq bacarığı;
  • İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.
  • Bəy namizədlərə üstünlük veriləcəkdir.

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.

 

İş yeri:  Bakı şəhəri

Əmək haqqı: 800-1000 AZN

Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Kadr kargüzarlığı üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.