Keyfiyyətə nəzarət üzrə mühəndis

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 16.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
  • İşlərin yerinə yetirilmə metodunu hazırlamaq və müştəri ilə razılaşdırılmaq;
  • İşin əhatə dairəsi üzrə Təftiş Test Planını hazırlamaq və təsdiqləmək;
  • Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
  • Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
  • Hesabatları, sənədləri yoxlamaq, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
  • Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
  • Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq etmək və həyata keçirmək;
  • Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparmaq və müvafiq düzəliş tədbirlərini müəyyən etmək;
  • Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
  • Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
  • İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq.
  • Tikinti üzrə iş ardıcıllıqlarını bilmək və müvafiq işlərin tamamlanması zamanı onların təhvil təslim prosesində yaxından iştirak etmək

Tələblər:

  • Ali təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək);
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili, türk dili arzuolunandır;
  • Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
  • Tikinti işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il iş təcrübəsi olmalı (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
  • Yaxşı səviyyədə Microsoft Office (Word, Excel, Power Point, Outlook), Autocad proqramları;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Detallara diqqətli yanaşmaq;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
  • Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi