Tornaçı

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 13.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş həddi 25-55;
  • Müvafiq sahə üzrə orta ixtisas təhsili (Ali təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • Texniki təsvirləri oxuma qabiliyyəti olmalı;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • İcra ediləcək əməliyyatın xüsusiyyətlərini müəyyən etmək üçün texniki təsvirləri oxuya bilmək və iş təlimatlarını araşdırmaq;
  • Dəzgahın və avadanlığın istismardan əvvəl yoxlanılmasını təşkil etmək;
  • Dəzgahı kalibrləmək;
  • İş sahəsini işin tələblərinə və iş yerinin qaydalarına uyğun olaraq hazırlamaq;
  • Görüləcək işə uyğun bütün ləvazimatları, kəsici və ölçü alətlərini seçmək;
  • Torna dəzgahında detalların düzgün quraşdırılması, mərkəzləşdirilməsi və dəzgahın işə salınmasını icra etmək;
  • Detalların torna dəzgahında xüsusi alətlər vasitəsi ilə yonulmasını icra etmək;
  • Müxtəlif profilli və addımlı, çox girişli yivlərin açılmasını icra etmək;
  • Torna dəzgahının söndürülməsi, bütün alətlərin onlar üçün ayrılmış yerlərə yığılmasını təmin etmək;
  • İstismar zamanı torna dəzgahının işinə və sürətinə nəzarət etmək;
  • Dəzgahda yaranan qüsurların aradan qaldırılması, təmir və ya sazlama işlərinin yerinə yetirilməsində iştirak etmək;
  • Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Tornaçı” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi