Xərclərə nəzarət üzrə analitik

  • Groupone
  • Elanın qoyulma tarixi: 12.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İctimai iaşə obyektləri tərəfindən satılan məhsulların (yeməklər, yarımfabrikatlar, kulinariya və qənnadı məmulatları) hesablamalarını aparmaq və qiymətini müəyyənləşdirmək.
  • Reseptlərdəki dəyişikliklərə, alış qiymətlərinə və ticarət marjalarına uyğun olaraq maya dəyəri kartlarına müvafiq düzəlişlər etmək.
  • İaşə obyekti menecerinin və aşpazın tələblərinə əsasən, yeməklərin, yarımfabrikatların və kulinariya məhsullarının hazırlanması üçün tələb olunan məhsulların miqdarını hesablamaq
  • Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Aylıq maya dəyəri hesabatlarının hazırlanmasında iştirak etmək və nəticəni analiz etmək
  • Maya dəyəri ilə bağlı digər müvafiq hesabatların hazırlanması.
  • Inventarlaşmada və Audit yoxlamalarında iştirak etmək
  • Rəhbər tərəfindən verilən digər tapşırqları yerinə yetirmək

Namizədə dair tələblər:

  • Ali Təhsil (Maliyyə, İqtisadiyyat)
  • Bəy Namizədlər
  • Yaş : 24 – 35
  • Qida sənayesində oxşar vəzifədə 2 il iş təcrübəsi
  • Microsoft Office proqramlarını bilməli (Excel yüksək səviyyədə)
  • Hesabatvermə sahəsində təcrübə üstünlükdür.
  • Vizuallaşdırma proqramlarını (Power BI) bilmək üstünlükdür.
  • Komandada işləmək bacarığı
  • Analitik düşüncə qabiliyyəti və nəticə yönümlü olmalı

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə, Bazar

Təminatlar:

  • AR Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Korporativ nömrə ilə təminat
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı : 800 - 1000 AZN (NET)

Maraqlanan namizədlərdən CV-ni e-mail ünvanına göndərmələri xahiş olunur.