Tələbə işləri üzrə aparıcı mütəxəssis

  • Code Academy
  • Elanın qoyulma tarixi: 12.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri:

  • Tələbələrlə Code Academy arasında sıx əlaqələrin qurulması və qorunmasının təmin edilməsi;
  • Tələbələr tərəfindən akademik və digər inzibati məsələlərlə bağlı ünvanlanan sorğuların araşdırılması və həllinin təmin edilməsi;
  • Tələbələrin nizam-intizamı ilə bağlı məsələlərin idarə edilməsi, o cümlədən araşdırılması və intizam tədbirləri səlahiyyəti olan məsul şəxslərə müvafiq nəticələrin tövsiyə edilməsi;
  • Tələbə haqlarının qorunmasının təmin edilməsi;
  • Code Academy-də tələbə icması həyatını yaxşılaşdırmaq üçün proqramların, tədbirlərin hazırlanması, planlanması və həyata keçirilməsi;
  • Tələbələrlə Code Academy arasındakı müqavilə şərtləri və daxili qaydaların qorunub təmin olunmasına dəstək;
  • Tələbələrə motivasiya və psixoloji dəstək;
  • Tələbəyə dəstək xidmətləri barədə aylıq və illik hesabatların hazırlanması.

Tələblər:

  • Biznes, sosial iş, psixologiya, təhsil və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi; 
  • Müştəri xidmətləri və ya təhsil xidmətləri yönümlü sahələrdə 5 il iş təcrübəsi;
  • Liderlik və şəxslərarası əlaqə - insanlara rəhbərlik etmək və istiqamət vermək qabiliyyəti;
  • Çevik analitik zəka, yaradıcı düşünmək və mürəkkəb problem həll etmə, qərar qəbul etmə;
  • Tələbə problemlərində və şəxsi məlumatlarda məxfiliyi qorumaq bacarığı;
  • Vaxtın, resursların səmərəli idarəedilməsi və işləri prioritetləşdirmək bacarığı;
  • Əla təşkilatçılıq bacarığı və detallara diqqət;
  • Komandaya surervayzerlik təcrübəsi arzuolunandır;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları- Rus və İngilis dilini peşəkar istifadə bacarığı arzuolunandır.