Maliyyə Meneceri

  • Sos Media AZ
  • Elanın qoyulma tarixi: 11.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə fəaliyyətinin strateji planlaşdırmasının işlənib hazırlanmasında iştirak;
  • İllik büdcələrin hazırlanması, onların müntəzəm yenilənməsi və onların icrasına nəzarət;
  • Şirkətin rəhbərinə və təsisçilərə pul vəsaitinin uçotunun aparılması və digər maliyyə məsələləri üzrə detallı hesabatın təqdim edilməsi;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması: Cash Flow, P&L, BS; PayRoll;
  • Qüvvədə olan qanunvericiliyə əsasən bütün maliyyə fəaliyyətinin və hesabatların təmin edilməsi;
  • Hesablar və maliyyənin idarə olunması, mühasibat uçotu həyata keçirən Şirkət tərəfindən dəqiq, tam mühasibat hesabatlarının və ödənişlərin təmin edilməsi; 
  • Maliyyə və mühasibat fəaliyyətinin əlaqələndirilməsi, işə, idarəetməyə dair tövsiyələr;
  • Şirkətin əməkdaşlarına dəqiq və vaxtında ödənişlər üçün əməkhaqqı fondunun idarə olunması;
  • Borclar üzrə hesabatların aparılması;
  • Tenderlərin keçirilməsi üçün sənədlərin hazırlanmasında iştirak;
  • Auditorlarla maliyyə fəaliyyətinə dair danışıqların aparılması və zəruri olduğu halda, təltəlhesab strukturların yoxlanmasına auditorların cəlb edilməsi;
  • Müvəqqəti sərbəst vasitələrlə manevrlər. Ehtiyat Fondu;
  • Pul vəsaitinin düzgün xərclənməsinə və onların məqsədli istifadəsinə nəzarətin həyata keçirilməsi;
  • Konvertasiya, kredit kartları üzrə komissiyalar, köçürmələr üzrə komissiyalar, kreditlər üzrə faizlər və s. kimi bütün bank əməliyyatları üçün ən yaxşı dərəcələrin təmin edilməsi məqsədi ilə banklarla danışıqların aparılması;
  • Dövlət orqanlarının nümayəndələri ilə danışıqların aparılması;
  • Müəssisənin maliyyə axınlarının idarə olunması;
  • İnvestisiyaların idarə olunmasında iştirak, xərclərə nəzarət və resursların effektiv istifadəsinin təmin edilməsi;
  • Mümkün maliyyə risklərinin təhlili və azaldılması;
  • Şirkətin əqdlərinin və şirkətin yeni obyektlərinin açılmasının məqsədəuyğunluğunun maliyyə-iqtisadi təhlilinin aparılması.

Tələblər:

  • Ali maliyyə təhsili, MBA;
  • CIMA / FCCA / CFA / CPA;
  • AR qanunvericiliyinin tələblərinə müvafiq olaraq vergi uçotunun aparılması təcrübəsi və vərdişləri;
  • MB, Sosial Fondun normativ sənədlərini bilmək;
  • Mühasibat uçotunun bütün sahələrinə dair praktik biliklər.
  • Analoji vəzifədə minimum 5 il iş stajı; 
  • MS Office proqramını yaxşı bilmək;
  • Azərbaycan, rus dillərini sərbəst bilmək.

Şərtlər:

  • İş qrafiki 9:00 - 18:00, BE-C;
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
  • Qidalanmanın təqdim edilməsi;
  • Peşəkar iş mühiti;
  • Peşə və karyera artımının mümkünlüyü;
  • Yardım etməyə və texniki köməklik göstərməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda.

Populyar kanallarımıza baxın:

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

CV 15 noyabr 2023-cü il tarixinədək qəbul edilir.

Fotoşəkilli CV formasını mövzu hissəsində “Maliyyə meneceri” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.