Telesatış və İnkişaf üzrə Mütəxəssis (müvəqqəti)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 11.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Məhsulların mövcud tələbata uyğunluğu və funksionallığı üzrə müntəzəm bazar araşdırmalarının aparılması. (“gizli alıcı”, müştəri sorğuları və s. üsullar ilə rəqiblərin veb-sayt və digər KİV-lərinin təhlil edilməsi);
  • Müqayisəli qiymətləndirmə üçün ilkin məlumat əsasında bazar tendensiyaları və məhsul funksionallığı haqqında ümumi anlayış əldə etdikdən sonra satışın artması üçün məhsul funksionallığının təkmilləşdirilməsi və sınaqların prioritetləşdirilməsi.
  • Bank daxilində çarpaz satışların tətbiq edilməsini.
  • Bazara çıxarılan məhsulun strategiyasının hazırlanmasında müxtəlif profilli komanda və məhsul sahibi ilə əməkdaşlıq etmək. 
  • Məhsul və xidmətlər üzrə reklam səhifələrinin hazırlanması və SMS mesajlarının kütləvi şəkildə göndərilməsi prosesində marketinq kommunikasiyaları şöbəsi ilə əməkdaşlıq etmək;
  • Mümkün alıcıların cəlb edilməsi, onların həqiqi alıcılara çevrilməsi üzrə kampaniyaları müəyyən etmək;
  • Hesabatları əldə etmək və kampaniyanın səmərəliliyini qiymətləndirmək üçün rəqəmsal komanda ilə sıx əməkdaşlıq etmək;
  • Məlumatlara əsaslanan sınaqları (çox meyarlı, A/B və “split”) həyata keçirmək. Bu mövzuda rəqəmsal marketinq komandası ilə sıx əməkdaşlıq etmək.
  • Hər bir rəqəmsal/ənənəvi satış kanalı üzrə satış kanallarının səmərəliliyinin analizlərini həyata keçirmək; ən son məlumatın əks olunmasını təmin etmək;
  • Müştəri rəylərini toplamaq və telefon vasitəsilə satış komandasının fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün həmin komanda ilə sıx əməkdaşlıq etmək.
  • Müvafiq seqmentə aid olan məhsul haqqında video və fotoşəkillərin çəkilməsinə nəzarət etmək
  • Agentliklərlə (satış fəaliyyətini öz evlərindən həyata keçirməyən şəxslərlə) sıx əməkdaşlıq etmək;
  • Yeni marketinq imkanlarını tədqiq etmək;
  • Məhsul haqqında geniş məlumatların əsasında qərar qəbul etmək və məhsulun xüsusiyyətlərini vurğulamaq üçün müştərilərdən toplanan məlumatlardan istifadə etmək. (Müştəri loyallığı indeksi, müştəri məmnunluğu indeksi və digər məsələlər haqqında keçirilən bütün sorğular həmin agentliklərin səlahiyyət dairəsinə daxildir)
  • Məhsul funksionallığını prioritetləşdirmək, məhsulların buraxılması planlarını mühəndislər, layihə rəhbəri və analitiklər heyəti ilə birgə işləmək;
  • Tələbatları başa düşmək, incə və səmərəli şəkildə təmin etmək üçün nəzəri müsahibələr və istifadə rahatlığına aid sınaqları həyata keçirmək; 
  • Məhsulların müştəri tələbatlarına, eləcə də istəklərinə uyğun olmasını təmin etmək üçün istifadəçi davranışının tədqiq etmək, bazar analizinin nəticələrini və müştəri rəylərini birləşdirmək və onların əsasında məhsula dair tələbləri müəyyən etmək;
  • İstifadəçilərin davranışının tədqiq edilməsinin və sınaqların (məsələn, A/B sınaqların, sorğuların, istifadə rahatlığı mövzusunda tədqiqatların) nəticələri əsasında məhsul haqqında qərarlar qəbul etmək.
  • Satış həcminin artırılması təşəbbüslərini marketinq kampaniyalarına uyğunlaşdırmaq üçün müvafiq seqmentlərin marketinq büdcələri üzrə cavabdeh olan əməkdaşlarıa çalışmaq;
  • Birbaşa rəhbərin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Sizdən nə tələb olunur?

  • Xarici dil biliyi: İngilis və ya rus dili (səlis)
  • Kompüter bacarıqları: “MS Office” proqramları (“Excel”, “Word”, “Power Point”)
  • Məhsullar üzrə biliklər: Korporativ satışlar, marketinq, bank xidmətləri, rəqəmsal marketinq

İşəgötürənin reytinqi