İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mal-materialın yaxşı qorunub saxlanılmasını təmin etmək;
- Mal-materialın anbara daxil olması, buraxılışı və saxlanılmasını təmin etmək;
- Anbar əməliyyatının hesabatını aparmaq;
- Yükün vəziyyətini yoxlayıb, zahirən nöqsan aşkarlandıqda, maddi qiymətlilərin dəyişdirilməsi üzrə tədbirlər görmək;
- Giriş-çıxış sənədlərinin düzgün qeydiyyata alınması və anbar sahəsinə aid hesabatların aparılmasını təmin etmək;
- İnventar və avadanlıqların yerləşdiyi ərazinin vaxtaşırı təmir olunmasına və yanğından mühafizə avadanlıqlarının anbarda olmasına nəzarət etmək;
- Mal-material qiymətləndirilməsi inventarizasiyasında iştirak etmək;
- Anbarda olan avadanlıqlar, malların mövcudluğuna və anbar daxili hərəkətlərinə nəzarət etmək;
- Texniki təhlükəsizlik üzrə vəziyyəti və sanitar qaydalarını nəzarətdə saxlamaq;
- Rəhbərlik göstərişinə əsasən müəyyən edilmiş digər tapşırıqların icra edilməsi
Namizədə tələblər:
- Ali təhsilli;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Azərbaycan dilini yüksək səviyyədə bilməli
- MS Office proqramlarını bilməli
- 1C bilməsi arzuediləndir
Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- İşin planlaşdırılması bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
- Yaradıcı və təşəbbüskar olmaq;
Digər məlumatlar:
- İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 08:00 – 17:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.