Kredit bazarını təhlil edir sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür;
Kreditin təyinatı üzrə xərclənməsi, borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə mütəmadi monitorinq keçirir;
İH təsdiq etdiyi aylıq satış planlarını yerinə yetirir;
Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak edir;
Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək verir.
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi;
Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;