Mühasib (Ödənişlər üzrə)

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Ödəniş sənədlərinin hazırlanması və İnternet Banking sistemində ödənişlərin həyata keçirilməsi;
  • Bank əməliyyatlarının 1C proqramına daxil edilməsi;
  • Kassa əməliyyatlarının uçotunun aparılması və 1C proqramına daxil edilməsi.
  • ƏDV əvəzləşdirilməsi, proqrama daxil edilməsi və müvafiq hesabların yoxlanılması;
  • Təhtəlhesab şəxslərlə hesablaşmalarının uçotunun həyata keçirilməsi;
  • Digər tələb olunan tapşırıqların vaxtında və dəqiq icra olunması.

Namizədə Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu, maliyyə üzrə təhsil);
  • Minimum 1 il mühasibatlıq sahəsində təcrübə;
  • ACCA sertifikatların olması üstünlükdür;
  • MS office, 1 C proqramlarını yüksək səviyyədə bilməli;
  • Azərbaycan dili əla, Rus dili və İngilis dili üstünlükdür;
  • İstehsalat sahəsində təcrübə arzuolunandır;
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), yüksək analitiki düşüncə və komanda da işləmək qabiliyyətləri.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  •  Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib (ödənişlər üzrə)” mövzusu ilə göndərməyiniz xahiş olunur.  

İşəgötürənin reytinqi