Beynəlxalq satış üzrə mütəxəssis

İşin təsviri

Namizədə Tələblər:

  • Ali təhsil;
  • Topdan satış, qida məhsullarının ixracı üzrə 3-5 il iş təcrübəsi;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli;
  • Vergi Məcəlləsi və Gömrük Məcəlləsi, ixrac əməliyyatları, Incoterms üzrə biliklər;
  • Azərbaycan dili, Rus dili, İngilis dili, əlavə xarici dil bilikləri üstünlükdür;
  • Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları;
  • Güclü mühakimə və qərar vermə bacarıqları;
  • Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması və inandırıcılıq qabiliyyəti;
  • Təşəbbüskarlıq;
  • Yeniliklərə açıq olmaq;
  • Komanda ilə işləmə bacarığı.

Vəzifə üzrə öhdəliklər:

  • Şirkətin stratejik hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması;
  • Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
  • Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
  • İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
  • İxrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
  • Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
  • İxrac əməliyyatları, xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini - şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
  • İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
  • İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
  • Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
  • Gömrük brokeri ilə işgüzar əlaqələrin qurulması;
  • Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi koordinasiya etmək;
  • İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünün yoxlanılması;
  • İxrac əməliyyatları üzrə ödənişlərin təqib edilməsi və ödənişlərin müvafiq bəyannamə üzrə bağlanılmasını maliyyə komandası ilə koordinasiya etmək;
  • İxrac üzrə satış planının yerinə yetirilməsi;
  • Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
  • Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
  • Əlavə: Mobil telefon və korporativ nömrə

Vakansiyaya müraciət üçün CV-ləri “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi