Telesatış mütəxəssisi

  • BERC Group
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin xidmətlərini potensial müştərilərə tanıtmaq üçün şirkət tərəfindən təqdim edilmiş müştəri bazası əsasında zəng vasitəsilə satışların edilməsi;
  • Marketinq vasitəsilə cəlb edilmiş potensial müştəri bazası ilə iş;
  • İş adamları, kiçik və orta biznes subyektlərinin BERC şirkətlər qrupunun professional xidmətlərinə olan ehtiyaclarının ilkin müəyyənləşdirilməsi və bu ehtiyacların əlaqədar şöbələrə ötürülməsi;
  • Telefon zəngləri vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müvafiq şöbələrlə müştərilər arasında əlaqələndirici (CRM) funksiyasının həyata keçirilməsi;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək;
  • Satış strategiyasının hazırlanmasında iştirak, rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
  • Potensial müştərilərə xidmət təklif ilə bağlı təqdimatlarının və digər marketinq materiallarının göndərilməsi, onların cari vəziyyəti və nəticəsinin izlənməsi;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması;
  • Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
  • Sağlam müştəri münasibətlərin korporativ standartlara və biznes etikasına uyğun formada qurulması;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Xidmətlərin təşviqi və/və ya şirkət xidmətlərinin göstərilməsi üzrə müştərilərlə telefon danışıqları ilə bağlı rəhbər tərəfindən hər hansı digər tapşırıqların yerinə yetirilməsi.  

Qeyd: Şirkətin xidmətləri təlimlər vasitəsilə tədris ediləcək.

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (vergi və maliyyə xidmətlərinin korporativ satışı, eyni zamanda bank və sığorta sektorunda analoji təcrübənin olması üstünlükdür) ;
  • İqtisadiyyat üzrə bakalavr ali təhsili;
  • Xanım namizədlərə üstünlük verilir;
  • İqtisadi biliklərin olması vacibdir;
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı; 
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili üzrə bilikləri  olması üstünlükdür) ;
  • Komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə ünsiyyət qurması və  öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi;
  • Bank və BOKT  təcrübəsi olan, vergi, mühasibat, maliyyə, gömrük, logistika və hüquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük veriləcək;
  • MS Office proqramlarında  sərbəst işləmək bacarığı;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı (maaş + bonus) ;
  • Müxtəlif biznes sahələrini dərindən öyrənmək fürsəti;
  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
  • Korporativ nömrə və danışıq paketi.

Maraqlı olan namizədlərdən öz CV - lərini 10.11.2023-ci il tarixinədək mövzu yerinə “telesatış mütəxəssisi”əmək haqqı gözləntilərini yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.