Daxili satınalma üzrə mütəxəssis

  • Başak Group
  • Elanın qoyulma tarixi: 09.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsil,
  • Daxili satınalma sahəsində 3-5 illik analoji iş təcrübəsi,
  • Tenderlər ilə işləmə, sənədləşmə, araşdırma bacarığı,
  • Ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • 1C proqram biliyi.

Vəzifə öhdəlikləri:

  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Tender, satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  • Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
  • Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
  • Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması.

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əmək haqqı: bilik və bacarığa əsasən
  • Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını , mövzu hissəsinə “Daxili satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.