Beton Laboratoriyası üzrə Laborant

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 09.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Orta peşə və ya natamam ali təhsil
  • Beton laboratoriyası üzrə analiz növləri haqda biliklərin olması arzu olunandır
  • MS Office proqramlarından ümumi istifadə bacarıqları
  • Əlaqədar sahə üzrə 1 il iş təcrübəsi

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Vəzifə və Öhdəliklər:

  • Müştəriyə gedəcək olan bütün nümunələri götürmək, hazırlamaq və Keyfiyyətə Nəzarət Planına uyğun analizləri yerinə yetirmək;
  • Hovuz otağının təmizliyini və xidmətini yerinə yetirmək; temperaturunu və rütubətini tələb olunan dəyərdə olmasını təmin etmək;
  • Rütubət dolabının təmizliyini, suyunun dəyişdirilməsini, temperaturunu və rütubətini tələb olunan dəyərdə olmasını təmin etmək;
  • Hər 30 gündə bir hovuz sularını dəyişdirmək, bunun qeydiyyatını aparmaq;
  • Bütün analizləri doğru ve etibarlı bir şəkildə  təlimatına uyğun yerinə yetirmək və nəticələrə nəzarət etmək;
  • Gələn nümunələri təlimatlarına uyğun olaraq hazırlamaq və təcrübələri yerinə yetirmək;
  • Lazımı və əksik vəsaitlərin, o cümlədən Beton laboratoriyasında istifadə olunacaq materialların miqdarını təqib etmək və bitməmişdən əvvəl xəbər vermək;
  • Beton Laboratoriyası cihaz və ləvazimatlarının təlimatlara uyğun olaraq doğrulamasının icrası;
  • Texniki Dəstək Proseduruna əsasən analizlər üçün lazım olan hər cür məhlulu hazırlamaq;
  • Nümunələrin alınması vaxtı ortaya çıxan nöqsanlar haqqında məlumat təqdim etmək;

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 14.10.23

İşəgötürənin reytinqi