Qeyri-Maliyyə Risklərinin İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 09.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Bütün maraqlı tərəflərə, 1-ci müdafiə xəttinə, risk koordinatorlara vaxtında dəstək göstərmək;
  • Bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsi və onların risk reyestrinə əlavə etmək;
  • Bankın yeni və mövcud sənədlərinə və məhsullarına baxış - potensial qeyri-maliyyə riskinin baş vermə ehtimalını yoxlamaq;
  • Əməliyyat riskləri ilə əlaqəli Daxili Audit nəticələrinin araşdırılmasında iştirak etmək;
  • Xidmət prosesinin yaxşılaşdırılması planı üçün tövsiyələr vermək və lazım gələrsə ən yaxşı təcrübələrini araşdırmaq;
  • Risk və İnsident İdarəetmə üzrə əsas risk göstəricilərin qeyd olunmasından və hədəflərə çatdığından əmin olmaq;
  • Bankın fəaliyyətinin davamlı monitorinqi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlili;
  • Müvafiq hesabatları (Departament daxili və idarə etmə hesabatları) hazırlamaq;
  • RHI-nin (Risk Sağlamlıq İndeksinin) artması üzrə təkmilləşdirmələr (qeyri-maliyyə risklərinə aid olan hissəsi);
  • Bankda keçirilən Demo, təlim və lahiyələrdə iştirak;
  • RCSA (Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə) prosesində dəstək və s.

Tələblər:

  • Təhsil: Məzun;
  • Tələb olunan iş təcrübəsi: Bank və ya BOKT təcrübəsi minimum 1 il;
  • Daxili Audit və Daxili Nəzarət, Əməliyyat Risklərin idarəedilməsi (üstünlük veriləcək);
  • Lisenziya / Sertifikat: Üstünlük verilir;
  • Xarici dillər: İngilis (arzuolunan), Rus (arzuolunan);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Bazar üzrə biliklər: Bank və ya BOKT işi üzrə biliklər;
  • Başqa tələblər: Əməliyyat Riskləri, Basel 2 tələbləri, Mərkəzi Bank tələbləri, başlanğıc səviyyədə İT bilikləri.

İşəgötürənin reytinqi