Mühasib

İşin təsviri

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 08:30-dan 17:30-a kimi
  • İstirahət: Şənbə, Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Mühasibə aid tələblər:

  • İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
  • İş təcrübəsi: minimum 4-5 il; 
  • Əmək haqqı hesablanması üzrə iş təcrübəsi; 
  • Gömrük deklarasiyaları (yük gömrük bəyannamələri) ilə iş təcrübəsi;
  • Sahə üzrə biliklər;
  • Analoji peşə üzrə kurslar;
  • Mühasibat  ilə bağlı sertifikatın olması;
  • Vergi Uçotu üzrə sertifikatın olması;
  • Azərbaycan, rus  və ingilis dilini bilməli;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, ƏƏCMN-nin DSMF haqqında normativ-hüquqi aktları haqqında biliklərinin olması;
  • Kargüzarlıq işlərini bilmək;
  • Kompyuter bacarıqları: Internet Explorer, Microsoft Office, 1C 8, QuickBooks 15.0, BTP, EFP, B1, B3 proqramları ilə işləmə bacarığı.  Online prosedurları həyata keçirmə bacarığı;
  • E-poçtla işləmək;
  • İşgüzar yazışmalar;
  • Danışıqların təşkili;
  • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
  • Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı; 
  • İdarəçilik  qabiliyyəti, təşkilatçılıq, büdcələşdirmə bacarığı; kommunikasiya bacarıqları;  lider keyfiyyəti, problemləri həll etmə bacarığı;
  • Geyim qaydalarına və geyim formasına riayət etmək;
  • Əmək intizamının yüksək olması;
  • Təhlükəsizlik qaydalarına əməl etməsi.

Mühasib bilməlidir:

  • Azərbaycan Respublikasının Əmək və Vergi Məcəlləsini;
  • «Caspian Services Group» MMC-nin maliyyə-təsərrüfat fəaliyyətini;
  • Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
  • «Caspian Services Group» MMC-nin Nizamnaməsini;
  • «Caspian Services Group» MMC-nin Direktorunun əmr və göstərişlərini;
  • Kargüzarlığın aparılması işini, daxili normativ, metodik və digər rəhbər materialları;
  • Müvafiq normativ-hüquqi sənədləri, müəssisədaxili normativ sənədləri;
  • Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
  • Maliyyə büdcəsinin hazırlanma qaydaları;
  • Maya dəyərinin hesablanması qaydaları;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi qaydalarını;
  • Bütün növ hesabatların hazırlanması qaydalarını;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; 
  • Mühasibat və vergi uçotunun aparılması qaydalarını;
  • İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması qaydalarını;
  • Bank əməliyyatlarının həyata keçirilməsi qaydalarını;
  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etikası qaydalarını;
  • Elektron hökümət portalından istifadə etmək qaydasını;

Mühasibin vəzifələri:

  • Vəzifə təlimatını, SƏTƏM , İR və şirkət qaydalarını bilməlidir; 
  • Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
  • İşi düzgün və operativ aparmaq  üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
  • İş yerini qaydaya salmalı;
  • İclaslarda iştirak etməli;
  • Daxili təlimlərdə iştirak etməli;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF);
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi;
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Hamiləlik, Əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması;
  • Məzuniyyət, xəstəlik vərəqlərinə əsasən müvafiq hesablamaları təşkil və nəzarət edilməsi;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
  • Əmək haqqı sistemi vasitəsilə şirkət üçün əmək haqqının hazırlanmasının düzgün və vaxtında həyata keçirməsi;
  • Əmək qanunvericiliyinə və şirkətin siyasətinə uyğun olaraq əmək haqlarının işçilərə ödənilməsinin təmin edilməsi;
  • Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • Əmək haqqına dair bütün sorğu/sualların araşdırılması və cavablandırılması;
  • Əmək haqqının verilməsinə dair vasitələr, ən yaxşı təcrübələr və proseslərin təkmilləşdirilməsi;
  • Əmək haqqını hesablamaq, rüblük və illik hesabatlar hazırlamaq və Dövlət Sosial Fonduna təqdim edilməsi;
  • “BTP" (Vergi ofısi) və “B3Editor” (Sosial Fond) e-mail hesabat proqramından istifadə etməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə və yerli tələblərə uyğun olaraq vergilərə dair aylıq, rüblük və illik olaraq hesabatlar, о cümlədən statistik hesabatların tərtib edilməsi;
  •  İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
  • Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  •  Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində  “Mühasib”   göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
  • Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.

Caspian Services Group tərəfindən digər vakansiyalar