Senior Database Administrator

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İT sahəsində təhsil arzuolunandır);
  • Məlumat inzibatçılığı sahəsində minimum 3 il iş təcrübəsi;
  • MySQL, PostgreSQL, Navigat, Linux və sahə üzrə idarəetmə alətləri ilə işləmə bacarıqları;
  • Linux əməliyyat sistemi üzrə biliklər;
  • Verilənlər bazası sistemlərinin monitorinqi üzrə biliklər;
  • Problem həll etmə bacarığı;
  • Motivasiya və komandada işləmə bacarığı.

Görəcəyiniz işlər: 

  • Verilənlər bazasının idarə edilməsi (fəaliyyət, biznes davamlılığı, verilənlərin qorunması);
  • Verilənlər Bazaların dizayn edilməsi, qurulması və dəstəklənməsini təmin edilməsi;
  • Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
  • Biznes proseslerin Sql proqramlaşdırma dilində yazılması;
  • Backup/Recovery ssenarilərinin hazırlanması və nəzarət edilməsi;
  • Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi;
  • DBMS istehsal qabiliyyətinin monitorinqi, optimallaşdırılması və tuninqi;
  • Verilənlər bazası və obyekt səviyyəsində sxemlərin, istifadəçilərin, rolların və icazələrin idarə edilməsi;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 17.10.2023-cü il;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.