İşin təsviri
Tələblər:
- Tam orta təhsilli olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;
İş haqqında məlumatlar:
- Tabeçiliyində olan ərazilərin təmizlik işini təşkil etməli;
- Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etməli;
- İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etməli;
- Təmizlik işinin gündəlik, həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etməli;
- Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etməli;
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etməli;
- İşçi personalının təhlükəsizliyini təmin etməli;
- Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqəda olmalı;
- Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etməli;
- Təmizlik işinin inkişafı üçün Layihə Menecerinə öz təkliflərini verməli;
- Layihə Menecerinin verdiyi tapşırıqları vaxtında əməl etməli;
- Görülən işlər haqqında Layihə Menecerinə gündəlik məlumatlar etməli.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Təmizlik işləri üzrə nəzarətçi” qeyd etməyiniz xahiş olunur.