Təcrübəçi aqronom (Sumqayit)

  • Buta Group
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə haqqında məlumat:

  • Nəzəri biliklər ilə yanaşı Təcrübəçilər Sumqayıt istixana kompleksində aqronom sahəsi üzrə praktiki biliklərə yiyələnir. Proqram əsasında təcrübəçi komanda zərərvericilər, bitki xəstəlikləri və alaq otları ilə mübarizə texnologiyalarını  ilə tanış olurlar.

Vəzifə öhdəliyi: 

  • Təcrübə əsnasında təyin edilən zamanda iş yerinə gəlmək, verilən materialları mənimsəmək və praktika əsnasında sahib olduqları bilikləri qaydalara uyğun parnik tarlalarında icra etmək.
  • İcra etdikləri işlərin qeydlərini tutmaq. Gün sonu rəhbərliyə məlumat vermək. 

Təcrübə prosesi aşğıda qeyd edilən proseslər ilə icra ediləcək: 

  • Aqronomluq, Kimya, Biologiya ixitsaslı gənclər təcrübə proqramı üçün müsahibəyə dəvət ediləcək. 
  • Müsahibəni keçən təcrübəçilərə təlim verildikdən sonra, Sumqayıt istixanalarına göndəriləcəklər. 
  • Təcrübə proqramını uğurla tamamlayan və praktika nəticələri yüksək olan gənclər daimi iş yeri ilə təmin edilərək, Kiçik Aqronom kimi əmək fəaliyyətinə başlayacaqlar. 

Bacarıqlar:

  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı

Namizədə tələblər: 

Kimya – Biologiya, Aqronomluq  sahəsi üzrə ali təhsil.

Təminatlar:

  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.
  • Nəqliyyat təmin edilir. 
  • Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək. 

İş qrafiki: 

  • 6 günlük iş qrafiki 

Vakansiyaya uyğun namizədlər  CV-lərini  TƏCRÜBƏÇİ AQRONOM  başlığı ilə  göndərə bilər.