Texnik (Sumqayıt)

  • Buta Group
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında:

İş yeri: Sumqayıt şəhəri, Pirəkəşkül kəndi, İstixana Kompleksi

İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq


Vəzifə öhdəlikləri:

  • İstixanada olan qurğuların, avadanlıqların, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasında iştirak edir;
  • İstixana ərazisində, nasosxanada, çən parklarında, qazanxanada, kompressor otağı və digər mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz  işləməsini təmin edir;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə,  tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
  • Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlük işlərinin yerinə yetirilməsinə bilavasitə nəzarət edir;
  • Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal/materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir;
  • Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
  • Xidmət edilən qurğunun prinsipial texnoloji sistemini və kommunikasiyaların sxeminin qorunub saxlanmasını təmin edir;
  • Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.

Təhsil və iş təcrübəsi:

  • Orta və ya orta ixtisas təhsil;
  • Minimum 2 il Texnik vəzifəsi üzrə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)

Bacarıq və səriştələr:

  • İstixana avadanlıqları ilə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik.

Təminatlar:  

  • Nəqliyyatla təmin edilir.

Bilməlidir:

  • İstixana avadanlıqları ilə işləməyi;
  • Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını;
  • Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Texnik (Sumqayıt)” qeyd etməyi unutmayın.