Aqronom (Sumqayıt)

  • Buta Group
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında:

İş yeri: Sumqayıt, Stansiya Sumqayıt, İstixana Kompleksi

İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Vəzifə öhdəlikləri:

  • İstixanada iş bölgüsünün həyata keçirilməsi;
  • İstxana daxilində bitkilərdə yaranmış hər hansı bir xəstəlik və zərərvericilərin əlamətlərini vaxtında aşkar edilməsi;
  • Gübrə və dərmanların hazırlanması və tədbiqi planını proqrama uyğun şəkildə həyata keçirilməsi;
  • Texniki zonadakı sulama, iqlimləndirmə sistemlərinin düzgün işləməsinə nəzarət edilməsi;
  • Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasına nəzarət və hesabatının təmin edilməsi;
  • Aqronomluq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili normalarının yerinə yetirilməsi;

Təhsil və iş təcrübəsi:

  • Sahə üzrə ali təhsil
  • 3 il analoji sahə üzrə təcrübə 

Bacarıq və səriştələr:

  • İdarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
  • Liderlik, qərar qəbul etmə bacarığı;
  • Çevik, keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
  • Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
  • Dinamiklik və stressə davamlı.

Təminatlar:

  • Nəqliyyat və əlaqə nömrəsi  təmin edilir.

Bilməlidir:

  • Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər;
  • Əkin sahəsi üçün torpağın məhsuldarlıq normasını müəyyən etmək;
  • Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar;
  • Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

Qeyd:  Hollandiyadan təhsil və təcrübə proqramı, mütəxəssislərimizin elmi-texniki potensialının, bilik və bacarıqlarının artırılması şirkət tərəfindən təmin edilir.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Aqronom (Sumqayıt)” qeyd etməyi unutmayın.