Maliyyə analitikası üzrə mütəxəssis

  • Landau School
  • Elanın qoyulma tarixi: 04.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Aylıq, rüblük, illik Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi, maliyyə göstəricilərinin analitikası
  • İllik büdcənin tərtib edilməsi və aylıq əsasda icrasına nəzarət, bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında, müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirakı
  • Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib təhlili və qiymətləndirmə üçün töhfələrin verilməsi
  • Xərclərdə israfçılığın qarşısını almaq məqsədi ilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
  • Cari gəlirlərin və xərclərin, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili
  • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək
  • Departamentin fəaliyyəti ilə bağlı departament rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi

Tələblər:

  •  Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadi)
  •  Maliyyə sahəsi üzrə azı 2 il iş təcrübəsi
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər
  • Böyük 10-luq audit şirkətlərində təcrübə arzuolunandır
  •  ACCA sertifikatları (minimum F3, F7, F9) və ya ekvivalent sertifikatlarının olması
  • Riyazi hesablama aparma və analitik təhlil bacarıqları
  •  Təşəbbüskarlıq bacarığı, yeniliyə açıqlıq
  • Çalışqanlıq, məsuliyyət, düzgünlük, dəqiqlik, çeviklik
  •  MS Office, xüsusilə Excel proqramında yüksək səviyyədə, formullar və funksiyalar ilə səlis işləmə bacarığı
  •  Rus və ingilis dillərinin mükəmməl biliyi üstünlükdür

İşəgötürənin reytinqi