Əməliyyatçı Mühasib

  • Nazim1001
  • Elanın qoyulma tarixi: 04.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Əmək haqqı : 500-700 AZN

İş barədə məlumat:

  • Daxili mühasibatlıq işlərinin icrası
  • Satışlar, göstərilən xidmətlər və satınalmalar üzrə əməliyyatların 1C-ə daxil edilməsi
  • Bank və kassa üzrə əməliyyatların 1C proqramına daxil edilməsi
  • 1C proqramı üzrə anbar, kassa və müştərilərlə əlaqədar əməliyyatların yerinə yetirilməsi
  • Satış, borc, yığım hesabatlarının hazırlanması
  • Satış təmsilçiləri ilə mütəmadi informasiya mübadiləsinin aparılması
  • Korporativ yazışmaların aparılması
  • Alıcılarla və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması
  • Yeni kadrların emas.sosial.gov.az portalında qeydiyyatı, məlumat dəyişikliklərinin daxil edilməsi və əmək müqaviləsinin ləğvi zamanı sistemə xitam bildirişinin daxil edilməsi
  • İşçilərin əmək məzuniyyəti ilə bağlı qeydiyyatın aparılması
  • Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
  • Daxil olan və çıxan pul vəsaitinin uçotu, mühasibat uçotu hesablarında onların hərəkəti, iş və xidmətlərin yerinə yetirilməsi, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotu.

Tələblər:

  • Ali təhsil (Maliyyə sahəsində ali təhsil arzuolunandır)
  • Xanım namizədlər, Yaş həddi (21-30)
  •  MS Office, xüsusilə Excel bilikləri
  • 1C bilikləri olması; üstünlükdür
  • Azərbaycan dili, rus dili biliyi arzu olunandır
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
  • Məsuliyyət, dürüstlük, dəqiqlik