Əməliyyat Risklərin İdarəolunması üzrə aparıcı mütəxəssis/baş mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 03.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
  • mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
  • risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. aylıq əsasda risk hesabatlarını hazırlamaq;
  • risk iştahının hazırlanmasında iştirak etmək;
  • risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
  • i̇nsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
  • şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
  • birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

Bi̇li̇klər:

  • i̇qtisadiyyat, maliyyə və ya riyaziyyat üzrə bakalavr təhsili;
  • kompyuter bilikləri: peşəkar səviyyədə ms office proqramlarından istifadə bacarığı;
  • dil bilikləri: azərbaycan və i̇ngilis dillərində yüksək səviyyədə biliklərin olması. rus dili bilikləri arzuolunandır.

Təcrübə:

  • ümumilikdə əlaqəli sahədə 3 il iş təcrübəsi; risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

Bacariqlar:

  • təqdimat bacarıqları;
  • komandada işləmək bacarığı;
  • yaxşı ünsiyyət bacarığı;
  • məntiqi və analitik düşüncə;
  • risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
  • stresə davamlılıq;
  • təşəbbüskarlıq;
  • məqsədyönlülük;
  • emosional stabillik və məsuliyyətli olmaq.

son müraciət tarixi: 03.11.2023

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə cv-nizi göndərin.

İşəgötürənin reytinqi