Qrafik Dizayner

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Marketinq şöbəsinin  kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanı yaratmaq və prosesləri yerinə yetirmək; 
  • Şirkətin brend təlimatları çərçivəsində yüksək vizual təsirli materialların istehsalı və çatdırılması üçün tələb olunan bütün dizayn mənbələrinin, iş həcmini müəyyən etmək və dəstək olmaq;
  • Brendin idarə edilməsində və konsepsiyanın hazırlanmasından başlayaraq layihənin firma və lisenziyalı məhsullarının və kampaniyalarının reallaşdırılmasına qədər kreativ inkişafında şöbənin rəhbərinə dəstək olmaq;
  • Layihə tapşırıqlarının istehsalında Marketinq şöbənin rəhbərinə dəstək olmaq;
  • Gündəlik dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi; brand book, jurnal, korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynını hazırlamaq;
  • Video çarxların təqdimatı və əlavə video/foto məzmunun təqdimatı üçün əsas vizual təsvirlərin, animasiya qrafiklərini yaratmaq;
  • SMM postları üçün qrafik və motion dizaynları hazırlamaq;
  • Dizayn üçün lazım olan foto və video kontentini toplamaq;
  • Proqram təminatı məhsullarının , UI/UX interfeyslərinin mövcüd dizaynlarını inkişaf etdirmək;
  • Dizaynlardakı problemləri və defektləri aşkarlamaq və aradan qaldırmaq;
  • Mobil tətbiqetmələrin, saytların və web interfeyslərin layihə və dizaynının hazırlanmasında “reviewer” olaraq iştirak etmək və dizayn yığıldıqdan sonra, onu yoxlamaq.

Tələblər:

  • Təhsil: Ali (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
  • Təcrübə: 1 il;
  • Sertifikatlar: Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə təlimlərə aid sertifikatlar arzu olunandır;
  • Dil bilikləri: Azərbaycan – Səlis ünsiyyət bacarığı;
  • Texniki biliklər:
  • MS Office proqramları.
  • Çap və web ( social media paylaşımları)  materialları hazırlama bacarığı
  • Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə işləmə bacarığı

Səriştə və bacarıqlar:

  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Sərbəst araşdırmalar etməyi bacarmalı.
  • Analitik və kreativ zəka, insanlarla işləmək qabiliyyəti;
  • Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar;
  • Photoshop, Illustrator, After Effects proqramlarında işləmək bacarığı.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə CV-lərinizi mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə göndərə bilərlər.