Back - End Proqramlaşdırma üzrə Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 29.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “backend” mühəndislik praktikasının gücləndirilməsi;
  • Komandada digər “backend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
  • Rəqəmsal məhsulların yaradılmasına imkan verən davamlı, təhlükəsiz, cəld proqram hazırlamaq üçün “backend” proqram çərçivələrindən istifadə;
  • Jurnal hesabatının aparılması, daxili verilənlərin yaradılması, verilənlər bazasının inteqrasiyası və verilənlərin idarəedilməsi;
  • Bulud hesablama inteqrasiyalarını, davamlı inteqrasiya və yerləşdirmə və digər bulud texnologiyalarının idarəedilməsi;
  • “Backend” yaradılma prinsip və prosedurlarını tətbiq edərkən ölçülə bilən, paylanılan və imtinaya davamlı proqramların yaradılması;
  • Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
  • “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
  • Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
  • Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il
  • Xarici dil: İngilis

Texniki biliklər:

  • Java, Kotlin, Golang, Python, Javascript (Node.js) və digər proqramlaşdırma dillərindən hər hansı birini mükəmməl səviyyədə bilmək
  • Data strukturları və alqoritmlər üzrə biliklər
  • Obyekt yönümlü proqramlaşdırma üzrə biliklər
  • Verilənlər bazası üzrə biliklər (RDBMS & NoSQL)
  • Microservice arxitekturası, web servislər üzrə biliklər
  • Sinxron ve asinxron mesajlaşma texnologiyaları üzrə biliklər (REST, Message Queueing, RPC/gRPC)
  • Avtomatlaşdırılmış testlər ve CI/CD üzrə biliklər
  • Containerization və orchestration texnologiyaları üzrə biliklər
  • Git ilə işləmə bacarığı

Məhsul üzrə biliklər:

  • JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
  • Agile metodologiyaları ilə tanışlıq (Scrum, Kanban)

Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat biliyi bacarıqları

Üstünlük verilir:

  • Bankçılıq təcrübəsi
  • Kodun yenidən işlənməsi
  • Dizayn nümunələri
  • Dizayn yönümlü inkişaf
  • Domain yönümlü dizayn
  • Proqram təhlükəsizliyi

İşəgötürənin reytinqi