Xidmət mərkəzi məsləhətçisi

İşin təsviri

Namizədə olan tələblər:

  • Avtomobil sahəsində iş təcrübəsi ;
  • Ali təhsil;
  • Rus-dili biliyi ;
  • İngilis-dili bilənlərə üstünlük verilə bilər;

Vəzifə öhdəlikləri:

  • Servisdə yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • Servis proqramları ilə işləməyi bacarmaq ( 1 C, Axapta ,Enterprise və s.);
  • Müştərinin tələb və suallarını diqqətlə dinləmək, xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və müştərinin xidmət ehtiyaclarını həll etməkdə lazımi xidmət göstərmək;
  • Xidmət və ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək, hesabı təqdim etmək;
  • Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;
  • Planlaşdırılmış avtomobillərdə mövcud servis kampaniyalarına uyğun  təmir işlərini aşkar etmək;
  • Planlaşdırılmış və ya planlaşdırılacaq işlər üçün lazım olan ehtiyat hissələrinin anbarda olub olmadığını yoxlamaq;
  • Avtomobilləri daxili prosedurlara əsasən təmirə qəbul etmək və təmirdən sonra müştəriyə təhvil vermək;
  • Təmirin gedişatı ilə daimi maraqlanmaq, əlavə işləri daxili prosedurlara riayət edərək müştəri ilə razılaşdırmaq;
  • İş sənədlərini düzgün hazırlamaq, yekun təmir sənədlər toplusunu vaxtında hazırlayıb təmir işləri bitdikdən sonra müştəriyə təhvil vermək;
  • Planlaşdırılmış təlimlərdə iştirak etmək;
  • Hər bir müştəridə servis haqda  ən xoş təəsüratlar yaratmağa çalışmaq.

İş vaxtı: 09:00 - 18:00 / Qrafik üzrə

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.