İş icraçısı

  • Makro 2000
  • Elanın qoyulma tarixi: 28.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri:  Ağdam 

Vəzifə öhdəlikləri:

  • Təmir, tikinti, texniki xidmətlə bağlı tapşırılan işlərin vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə həll olunmasını təmin edir və nəzarət edir.
  • Alınan iş tapşırıqlarını təhlil edir, problemin həll yolunun ardıcıllığını düzgün müəyyən edir və işçilə görəcəyi işlər barəsində ətraflı məlumat verir.
  • Təmir və tikinti işləri üçün lazım olan materialları müəyyənləşdirir və sifariş edir.
  • İşçilərə, iş tapşırıqlarını düzgün izah edir və gördükləri işə nəzarət edir.
  • İşçiləri lazım olan material, alət və ehtiyat hissələri ilə təmin edir.
  • İşçilərin iş fəaliyyəti üçün şirkət tərəfindən təmin edilmiş ləvazimat, texnika, nəqliyyat və digər vasitələri qorumaq və istismar qaydalarına riayət edir.
  • İşçilərə əmək mühafizə qaydaları haqqında təlimatlar verir və işçilərə bu qaydalara riayət edymələrini tələb edir.
  • Tikinti üçün lazım olan materialların siyahısını müəyyən edir, sifariş edir və istifadə edilmiş materialların aktlar və müvafiq sənədlər əsasında silinməsini aparır.

Tələblər:

  • Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti 
  • Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD, Tekla)
  • Komandada işləmək bacarığı sahib olmalı
  • Yaş həddi 25-45

Təminatlar:

  • Endirimli tibb xidməti
  • Əmək müqaviləsi
  • Korporativ nömrə
  • Qidalanma 
  • Yaşamaq üçün yer
  • Əmək haqqı  (1000-1400 Azn)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “İş icraçısı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.