İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müvafiq sahədə nəzarətlə bağlı normativ-hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin fəaliyyəti ilə bağlı digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
- İcraatına daxil olan sənədlərin müvafiq sahədə nəzarətin həyata keçirilməsi baxımından hüquqi ekspertizasını keçirib rəy verir, sorğular əsasında hüquqi məsələlər üzrə araşdırma apararaq arayışlar hazırlayır;
- Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulduğu halda sənədlərə viza verir;
- Müvafiq sahədə nəzarətlə bağlı işçi qruplarda, habelə rəsmi görüşlərdə iştirak edir;
- Vəkalət əsasında məhkəmədə və digər üçüncü şəxslərlə münasibətlərdə Agentliyin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir;
- Müvafiq sahədə dövlət nəzarət tədbirlərinin həyata keçirilməsində bilavasitə hüquqi yardım göstərir;
- Şöbə müdirinin göstərişi ilə müvafiq sahədə nəzarətlə bağlı hesabatlar, arayışlar və rəylər hazırlayır, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər verir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir.
Tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsilə malik olmalı;
- İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ, maliyyə hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar biliklərə malik olmalı;
- Qanunvericilik texnikasını bilməli;
- Dövlət idarəetməsi sahəsində biliklərə malik olmalıdır;
- Elektron informasiya ehtiyatlarından və sistemlərindən istifadə qaydalarını bilməli;
- Yaş həddi 25-45 aralığı;
- İxtisası üzrə azı 3 il iş stajı;
- MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi;
- Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
- Azərbaycan dilini səlis, ingilis dilini orta səviyyədə bilməli, rus dili arzuolunandır.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas) qeyd etməniz tələb olunur.
Vakansiya üzrə müraciətin son tarixi: 15 oktyabr 2023-cü il