İnventarizasiya nəzarətçisi (AL Market)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 15.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli olmalı;
  • MS Office (Outlook, Word, Excel) proqramları ilə işləmə bacarığı;
  • Raporlama qabiliyyəti olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı.

İş haqqında:

  • Aylıq sayım olunacaq mağazaların siyahısını hazırlamaq;
  • Sayım olunacaq mağazanın natamam təslimatı (nakil stokları), tranzit sənədinin qeydi, geri qaytarma, məhv etmə və başqa sistem nəzarətini qeyd etmək;
  • Sayım olunacaq mağazanın depo və mağaza arası fərq siyahısının (zm07) yoxlanılıb sıfırlamasını təmin etmək;
  • Sayım işçilərini müvafiq yerlərə ayıraraq sayımın başlamasını təmin etmək;
  • Sayılmış mahsulların düzgün miqdarda sistem qeydlərini aparmaq;
  • Sayım olunacaq mağazanın inventar formasını SAP sisteminden açmaq;
  • Bütün məhsulların sayımları sistemə giriş olunduqdan sonra qeydi və hal-hazırki fərq siyahısını əldə etmək;
  • Fərq siyahısına görə məhsulların sayım nəzarətinə təkrar baxmaq;
  • Sayım nəticələrinə görə mağaza müdiri və inventar qrupu imzalı aktları tutmaq;
  • Bağlanılacaq mağazaların bağlanış sayımını etmək, stokların sıfırlanmasını təmin etmək.

İş şərtləri: Həftəiçi 5 gün, gecə saat 22:00-dan – səhər saat 06:00-dək

İş yeri:

  • Bakı şəh. (Xəzər rayonu ərazisi: Qala, Zirə, Hövsan, Binə)
  • Sumqayıt şəh.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsinə "İnventarizasiya nəzarətçisi (AL Market)" qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi