Leading Recruitment Specialist

İşin təsviri

“Vijn Fond AzərKredit” MMC Baş ofisi üçün İnsan Resursları və İnzibati Departamentin Aparıcı Mütəxəssisi (işəqəbul sahəsi üzrə) vəzifəsinə işçi qəbulu elan edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Təşkilat Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosfer, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə qoyur. AzərKredit hazırda İnsan Resursları və İnzibati Departamentin Aparıcı Mütəxəssisi (işəqəbul sahəsi üzrə) vəzifəsi üzrə işçi qəbulu elan edir.Xanım namizədləri aktiv olmağa çağırırıq.

Əsas vəzifə və öhdəlikləri:

• Təşkilatın işəqəbul üzrə işçi cəlbi prosesini idarə etmək və həyata keçirmək;
• Departamentin fəaliyyətinin təmin edilməsi üçün müvafiq prosesləri həyata keçirilməsinə iştirak etmək;
• Departamentin fəaliyyətinin təmin olunması üzrə siyasət və qaydaların yazılmasında iştirak etmək;
• İşə cəlbetmə üzrə, müsahibələr və seçim ilə bağlı müvafiq heyətlə birğə çalışaraq, məsləhətlər vermək;
• İşçi seçimi prosesi haqqında Departament Direktoruna  hesabat vermək;
• Təşkilatın işçi ehtiyaclarına uyğun vakansiyalar üçün elan mətnləri hazırlamaq;
• Vakansiyalar üzrə elanları müvafiq saytlarda, uyğun yerlərdə yerləşdirmək;
• Regionlarla işə cəlbetmə prosesi ilə bağlı aktiv iş aparmaq;
• İşə müraciət ərizə və anketləri toplamaq, elektron bazaya əlavə etmək və sistemləşdirmək;
• Elan verilmiş vakansiyalar üzrə daxil olan müraciətləri təhlil etmək, uyğun ərizələri son seçim siyahısına toplamaq,
• Son seçim siyahısını təhlil etmək, Departament Direktoru ilə razılaşdırdıqdan sonra aidiyyatı seçim prosesini aparan rəhbər işçilərə təqdim etmək;
• Seçim prosesi üçün mütəmadi test paketlər hazırlamaq,
• Son seçim siyahısına uyğun olaraq müraciətçilərin testləşdirilməsini təmin etmək, test nəticlərəini təhlil etmək və müvafiq bal toplamış iştirakçıların siyahısını hazırlamaq;
• Müsahibələrin keçirilməsini təmin və təşkil etmək və müsahibələrdə iştirak etmək;
• İşə cəlbetmənin və seçimin bütün mərhələlərində müraciətçilər və iştirakçılarla əlaqə qurmaq;
• Müsahibələrin nəticəsi ilə baglı hesabat hazırlamaq və təsdiq üçün yüksək rəhbərliyə təqdim etmək;
• İR Software proqramı üzrə aidiyyatı məlumatın daxil edilməsini təmin etmək;
• Heyətin toplanması, işə cəlbetmə, testləşdirmə prosesi ilə bağlı məsələləri filial/nümayəndəliklərin inzibati işçiləri və digər aidiyyatı işçiləri koordinasiya etmək;
• İşçi cəlbi, müsahibələrin aparılması və testləşdirmə ilə bağlı regionlara səfərlər etmək;
• Azərkreditin fəaliyyəti üzrə strateji planda nəzərdə tutulmuş hədəflərə uyğun qarşısına qoyulmuş hədəfləri həyata keçirmək;
• Bütün bu proseslərlə baglı sənədlərin saxlanmasını təmin etmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil (ali iqtisadi təhsili olanlara üstünlük verilir);
• Müvafiq sahədə ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərini şifahi və yazılı olaraq əla bilməli, sərbəst şəkildə ünsiyyət qurma bacarığı;
• Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• İnsan psixologiyası ilə yaxından tanışlığı olmalı;
• Sürücülük vəsiqəsi və müxtəlif regionlara ezam olunma imkanları (10%-dək);
• Təşkilatın missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, işə qəbul üzrə ərizələrini 06 oktyabr 2013-ci il tarixinədək [email protected] ünvanına göndərsinlər.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını ərizənizdə, yaxud məktubunuzun mövzu hissəsində göstərin (İnsan Resursları və İnzibati Departamentin Aparıcı Mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işəqəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];
Faks:      (+994 12) 597 30 39;